10 iyun tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2016-cı il – “Multikulturalizm İli”nə həsr olunan “Uşaq Kitab Karvanı Şimal bölgəsində” səyyar kitab sərgisini Şabran rayonunda davam etdirib.
"Qafqazinfo" xəbər verir ki, Uşaq Kitab karvanını Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi qarşıladı. Tədbir Uşaq Yaradıcılıq Mərkəzinin qarşısında təşkil edilib.
Tədbirdə Şabran rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əhməd Səmədov, İcra başçısının müavini Fikrət Nuşiyev, Təhsil, Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları, məktəblilər iştirak edib.
Uşaqlar tədbirdə öz sevimli yazıçıları – Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Zahid Xəlil, Gülzar İbrahimova ilə görüşüblər.
Tədbirdən sonra uşaqlarla “İntelektual səviyyəmizi yüksəldək” adlı müsabiqə keçirilib. Yazıçıların iştirakı ilə keçirilən müsabiqədə daha çox xal toplayan oyunçu- qalib müəyyən edilib.
Qalib - Şabran rayon 2 saylı orta məktəbin IX sinif şagirdi Quliyeva Nərmin “İntellektual oxucu” medalı ilə təltif olunaraq bir illik F.Köçərli adına Respublika Uşaq kitabxanasının təsis etdiyi “Göy qurşağı” uşaq jurnalına pulsuz abunə haqqı qazanıb.
Son xəbərlər
Son Xəbərlər