“Qafqazinfo” xəbər verir ki, layihənin rəhbəri fərdi şəxs Rəşad Çobanlının verdiyi məlumata görə, "Səyyar Klinika" layihəsi 5-12 fevral tarixləri arasında hər şəhərdə bir gün olmaqla Gəncə, Şamaxı və Quba şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub.
Səyyar Klinikanın həkim heyəti fevral ayının 11-i Quba şəhərində əhaliyə pulsuz həkim konsultasiyaları vermiş, maarifləndirmə işləri aparmışdır. Səyyar Klinika yerli insanlar tərəfindən böyük maraqla qarşılanmış, ümumilikdə 100-dən çox insan həkim konsultasiyasından yararlanmış, öz sağlamlıq vəziyyətini qiymətləndirmə imkanı əldə edib.
Layihənin keçirilməsinin məqsədi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclər arasında sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin ümumi sağlamlıq vəziyyətinin öyrənilməsi, gənclərin sağlamlığının qorunması, gənclər arasında infeksion xəstəliklər və zərərli vərdişlər haqqında maarifləndirmənin təşkilindən ibarətdir. Layihənin növbəti dayanacağı Quba şəhəridi.
Son xəbərlər
Son Xəbərlər