Sezen Aksuya ağır itki

sezen-aksuya-agir-itki
Oxunma sayı: 2206

Müğənni Sezen Aksunun anası Şehriban Yıldırım bu gün səhər saatlarında dünyasını dəyişib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən xəbər verir ki, evində həkimlərin nəzarətində olan Yıldırımın cənazəsi sabah torpağa tapşırılacaq.

Cənazə namazı Hacı Ahmet Tatari Məscidində baş tutacaq.

Qeyd edək ki, 91 yaşlı Şebnem Yıldırım 26 gün İzmir Şəhər Xəstəxanasında müalicə almış, daha sonra ailəsinin istəyi ilə müalicəsini evində davam etdirmişdi.

Şebnem Yıldırımın hipotansiyondan ( qan təziqinin düşməsi) ciddi əziyyət çəkirdi.