Lənkəran rayonunda qəza olub.
“Qafqazinfo” xəbər verir ki, Rayon Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, qəza Goranboy rayon sakini 1977-ci il təvəllüdlü Camali Alış oğlu Alışanovun idarə etdiyi "Shacman" markalı 99 - JL - 607 dövlət qeydiyyat nömrə nişanlı yük maşını ilə Lənkəran rayonunun Şağlakücə kənd sakini, 1973-cü il təvəllüdlü Pəhləvan Xanrza oğlu Rzayevin idarə etdiyi 15- BC- 661 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşının toqquşub.
Qəza nəticəsində minik maşınının sürücüsü Pəhləvan Rzayev və onun sərnişinləri - Lənkəran rayonunun Lüvəsər kənd sakinləri 2000-ci il təvəllüdlü Məleykə Rafəddin qızı Talehzadə və 2001-ci il təvəllüdlü Ulduz Teymur qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.
Xəstəxanadan yaralıların vəziyyətinin ağır olduğunu bildirdilər.
Son xəbərlər
Son Xəbərlər