Shaurma №1 koronavirusla mübarizəyə - 10 000 manat ayırdı

Shaurma №1 koronavirusla mübarizəyə
Oxunma sayı: 674

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir.

“Qafqazinfo” xəbər verir ki, Shaurma №1 Azərbaycanda qlobal pandemiyaya qarşı aparılan tədbirlərə dəstək olaraq koronavirusla mübarizə məqsədilə fondun hesabına 10 000 manat məbləğində vəsait köçürüb.

Shaurma №1 vətəndaşları koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumağa çağırır və hər kəsə can sağlığı arzulayır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi