She's Mercedes-in yay tədbirindən - Fotolar

shes-mercedes-in-yay-tedbirinden
Oxunma sayı: 5688

Əsrarəngiz yay axşamlarının birində Mercedes-Benz Group AG-nin Azərbaycandakı Baş Nümayəndəliyi “Avtokapital-Azərbaycan” MMC, Mercedes-Benz-in rəsmi dilerləri “Autostar Kaukasus GmbH Azərbaycan” MMC və “Abşeron Avtomobil Mərkəzi” MMC ilə birgə “Green City Resort & Residence”da She's Mercedes konseptinə uyğun olaraq növbəti tədbir keçirilib. 

She's Mercedes layihəsinin əsas ideyası – uğurlu və istedadlı qadınları bir icmada birləşdirməkdir. Belə ki, görüş zamanı xanımlar yaradıcılıq ideyalarını bölüşərək bir çoxlarının motivasiyasına səbəb olurlar. Məhz bu qadınlar bizim ilham mənbəyimizdir və bu görüş də onlar üçün baş tutub!

Möhtəşəm gecəyə BG store-un yeni uşaq kolleksiyasının nümayişi öz damğasını vurub. Fəxriyə Ələsgərzadənin rəhbərliyi ilə “Little models” uşaq agentliyinin balaca modelləri podiumun qəhrəmanlarına çevrilib. Tədbirin canlı musiqisi, dizaynı və proqramı qonaqların ruhunu oxşayıb.

“Martini” imza kokteylləri ilə qədəhlər, eləcə də, “Baileys” ilə dondurma və fotosessiya gecəyə xoş ab-hava bəxş edib. 

Əziz xanımlar, hər zaman xoşbəxtlikdən nur saçın, uğurlu və sevilən olun!

She’s MERCEDES-də görüşənədək!

Qeyd edək ki, tədbirin tərəfdaşları “Martini”, “Baileys”, “Heritage” və “Lenovo” markalarıdır.