Si Cinpin Qazaxıstana səfər edəcək

si-cinpin-qazaxistana-sefer-edecek
Oxunma sayı: 2263

Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə iyulun 2-4-də Qazaxıstana dövlət səfəri edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Həmçinin, Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının 24-cü iclasında iştirak edəcək”, - məlumatda qeyd olunub.