Sibel Can konsertlərindən bu qədər qazanacaq

sibel-can-konsertlerinden-bu-qeder-qazanacaq
Oxunma sayı: 5886

Türkiyəli məşhur müğənni Sibel Can bu il Türkiyədə 19 konsert verəcək.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsertlərin əksəriyyətini Antalya şəhərində verən müğənni ümumilikdə 50 milyon lirə qazanacaq.

Qeyd edək ki, Sibel Can ötən ilin mayında Bakıda konsert proqramı ilə çıxış edib.