“Sibel Cana bənzəmirsən” dedi, Şəbnəmin reaksiyası belə oldu - Video

sibel-cana-benzemirsen-dedi-sebnemin-reaksiyasi-bele-oldu
Oxunma sayı: 9029

Müğənni Şəbnəm Tovuzlu türkiyəli həmkarı Seda Sayanın “Sabahın sultanı Seda Sayan” proqramında qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, veriliş zamanı onlar arasında maraqlı dialoq yaşanıb:

Seda Sayan: Sənə Azərbaycanın Sibel Canı deyirlər?

Şəbnəm Tovzlu: Elə deyirlər. Sibel Canı çox sevirəm.

Seda Sayan: Amma bənzəmirsiniz. Sibel ağappaq qadın, sən daha əsmərsən. Bəlkə, səs olaraq bənzədirlər?

Şəbnəm Tovuzlu: Yox. Üz quruluşu biraz. Bir-iki fotoma görə mediada elə deyiblər. Amma nə yaxşı ki, Şəbnəm Tovuzluyam.  

Ş. Tovuzlu verilişdə bir neçə sevilən mahnısını ifa edib.