Sibirli biznesmen kəndi sakinləri ilə birlikdə satışa çıxardı

sibirli-biznesmen-kendi-sakinleri-ile-birlikde-satisa-cixardi
Oxunma sayı: 2917

Rusiyanın Krasnoyarsk diyarından olan biznesmen özünü İdrinsk rayonnun Vasilyev kəndinin sahibi elan edərək kəndi sakinləri ilə birlikdə satışa çıxarıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, iş adamı 45 evdən və heyvandarlıq kompleksindən ibarət kənd üçün 20 milyon rubl istəyib. Biznesmenin nümayəndələri “sakinlərlə istədiyinizi edə, hətta onları qova bilərsiniz” deyə bildiriblər.

Qeyd edək ki, 1980-ci illərin sonunda Vasilyevka kəndinin inkişafı üçün dövlət tərəfindən pul ayrılıb. Həmin vaxt podratçı kimi Minusinsk inşaat kombinatı çıxış edib. Onun rəhbəri kənd təsərrüfatı məhsullarının istehsalı üçün müddətsiz istifadə şərti ilə torpaq sahələri alıb. Daha sonra isə gözlənilmədən kəndin sahibi olub.

Ancaq həmin dövrdən sonra Rusiyanın Torpaq Məcəlləsində dəyişiklik edilib və biznesmen yenidən qeydiyyatdan keçməyib. Məhkəmə isə icarə müddətini uzatmaqdan imtina etdiyindən hazırda həmin kəndin satılması mümkün deyil.