Hindistanın Assam ştatının Tinsukiya şəhərində siçanlar bankomatların birində 1 milyon 238 min rupi pul əskinasını yeyib.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, mayın 20-də fəaliyyəti dayandırılan bankomatı yoxlamaq üçün açan işçilər gözləmədikləri mənzərə ilə qarşılaşıblar. Siçanlar banknotları xırda hissələrə ayıraraq pulları məhv ediblər. Ümumilikdə bankomatda 2,948 milyon rupi olub. Hazırda polis məsələni nəzarətə götürüb.
Son xəbərlər
Son Xəbərlər