Siciliya adasını sel basdı, ölənlər var - Video + Fotolar

siciliya-adasini-sel-basdi-olenler-var
Oxunma sayı: 1246

İtaliyanın Siciliya adasının bir hissəsi sel sularının altında qalıb.

“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, güclü yağışlardan ən çox Kataniya şəhəri zərər görüb.

Məlumata əsasən, Katanya və ətraf bölgələrdə son bir neçə gündür yağan yağışlar sel və daşqınlara səbəb olub.  

Burada yaranan sel nəticəsində iki kişi həlak olub. Həlak olanlardan birinin cəsədi avtomobilin altından, digəri isə su basmış avtomobildə tapılıb. Həlak olanlardan birinin həyat yoldaşı itkin düşüb. 

Bununla yanaşı, sel nəticəsində şəhərin küçələrini, evləri, iş yerlərini su basıb, avtomobillər də suyun altında qalıb. 

Qeyd olunur ki, selə görə məktəblərin və çox sayda nəqliyyatın fəaliyyəti dayandırılıb. Şəhər meri qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq şəhər sakinlərini bütün mağaza və aptekləri bağlamağa, xüsusi ehtiyac olmadıqda evi tərk etməməyə çağırıb.