Brüsseldə bakterioloji silahların hazırlanmasında şübhəli bilinən, əslən Yaxın Şərqdən olan radikal islamçı kişi saxlanılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polis şübhəli şəxsi hələ martın sonunda saxlayıb. Kişi asayiş keşikçilərinin tələbinə məhəl qoymadığı üçün polislər ona atəş açmağa məcbur olub. Yaxalanan şəxsin çantasında heç bir təhlükəli maddə aşkar edilməsə də, əşyaların arasında peyin və siçovul orqanları bükülmüş polietilen paket aşkar edilib.
Polislər ehtimal edir ki, saxlanılan şəxs onlardan ölümcül təhlükəli, xəstəlik törədən bakteroloji silah hazırlamaq istəyib. Eyni zamanda, ekspertlər onu da vurğulayır ki, ola bilsin həmin şəxs hər hansı bir “cadu ritualı”nı həyata keçirmək istəyib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər