Sifarişli qətl törədən və 12 il beynəlxalq axtarışda olan şəxs- - Foto

sifarisli-qetl-toreden-ve-12-il-beynelxalq-axtarisda-olan-sexs-
Oxunma sayı: 2600


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı isə martın 4-nə təyin edilib.

Qeyd edək ki, N. Mehdiyev Qazaxıstanda həbs edilib.

Məlumata görə, 45 yaşlı Mehdiyev Nadir Mikayıl oğlu 2001-ci ildən axtarışda olub. O, sifarişlə Ceyhun Şirinov adlı şəxsi  qətlə yetirməkdə təqsirli bilinir. Bu barədə İnterpolun saytında da məlumat yerləşdirilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Mehdiyev Qazaxıstanın Astana şəhərində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən  adam öldürmə) maddəsinə əsasən ittiham edilir.