Sığınacaqdan reportaj – - Fotolar

siginacaqdan-reportaj-
Oxunma sayı: 1144


Bununla əlaqədar olaraq şəhərdə təşkil olunan sığınacaqlardan birinə - "Çapayev" kimi tanınan əraziyə yollandıq.

“Qafqazinfo” Publika.Az-a istinadən xəbər verir ki, sığınacaqlar tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri ilə təmin olunub. Bu barədə Nərimanov rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin sektor müdiri Barat Allahverdiyev məlumat verib: “Əmək və əhalinin sosial müdafiə naziri və icra hakimiyətinin birgə tədbiri nəticəsində müvvəqəti sığınacaq yeri düzəldilib.

Səfil həyat sürənlər, küçədə qalıb evə gedə bilməyənlər, rayondan gəlib yolda qalanlar bizim sığınacağa müraciət edə bilərlər.

Sığınacağa gələn səfillərə ilkin tibbi yardım göstərilir. Məsələn, təzyiqi ölçülür, temperaturu yoxlanılır. Əgər hər hansı zədə almış olsa, onda ilkin tibbi yardım göstərərək xəstəxanaya göndəririk.

Təbii ki, imkanlı vətəndaşlarda öz köməkliyini göstərirlər. Məsələn, bir özbək vətəndaşı yaxınlaşaraq səfillərdən birinə gödəkcə hədiyyə verdi.

Havalar isinənə qədər bu sığınacaqlar təşkil olunacaq. Bu cür sığınacaqların təşkil olunması bizim üçün çox sevindiricidir”.