Şikayətlərdən sonra aşmış ağacların yerinə yeniləri əkildi - Fotolar

sikayetlerden-sonra-asmis-agaclarin-yerine-yenileri-ekildi
Oxunma sayı: 1329

Sumqayıt şəhəri, Nərimanov küçəsi 3-cü məhəllə ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

“Qafqazinfo” xəbər verir ki, Xidmətin Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyevin sözlərinə görə aparılan araşdırma zamanı məlum olub ki, sözügedən ünvanda  bir neçə il bundan öncə dörd qovaq ağacı güclü külək nəticəsində aşıb və Sumqayıt şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq ərazidən yığışdırılıb. 

Regional Ekologiya İdarəsinin əməkdaşlarının nəzarəti altında Birliyin işçiləri tərəfindən sözügedən ərazidə aşmış ağacların yerinə bu gün yeni ağacların əkilməsi təmin edilib.