Sıla Demeti dostluqdan sildi

sila-demeti-dostluqdan-sildi
Oxunma sayı: 1715

Türkiyənin iki məşhur pop ulduzu Sıla Gencoğlu və Demet Akalın arasında gərgin anlar yaşanır. “Qafqazinfo” xəbər verir ki, bu, Sılanın Demeti instaqramdan silməsindən sonra ortaya çıxıb.

Onlar arasında nə baş verməsi barədə məlumat yoxdur. Kanal D-də yayımlanan “İkinci Sayfa” proqramı iki rəfiqə arasındakı narazılığı müzakirəyə çıxarıb. Verilişə telefonla bağlanan Akalın məsələdən xəbərsiz olduğunu bildirib:

“İnanın, bilmirəm. Sıla mənim üçün çox dəyərlidir. Ona heç bir şəkildə qəzəblənə bilmərəm, küsmərəm, incimərəm. Yeni evləndi, ona mesaj atdım, bir az söhbət etdik. Onun üçün türbəyə gedib dua etmişəm. Mən o qızı sevirəm. Mövzunun həyat yoldaşı ilə bağlı olduğunu düşünürəm. Mən sosial şəbəkədə aşpaz Danilonu paylaşdım. Bəlkə, ona əsəbiləşib? Zəng vurub səbəbini soruşmamışam. Məni instaqramdan çıxartmağı ona olan sevgimi azalda bilməz”.