Sila səhnədə çətinə düşdü - Foto

sila-sehnede-cetine-dusdu
Oxunma sayı: 667

Türkiyəli müğənni Sila Bodrumda konsert proqramı ilə çıxış edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 min 500 tamaşaçı qarşısında çıxan müğənni konsert zamanı səhnədə çətin anlar yaşayıb.

Belə ki, ağcaqanadlar ona ifasını rahat şəkildə davam etdirməyə imkan verməyiblər. Əliylə ağcaqanadları qovmağa çalışan Sıla ayağa qalxaraq "Barı ayağa qalxım, ağcaqanadlar imkan vermir", -söyləyib.