Sıla və Alp sevgilidir?

sila-ve-alp-sevgilidir
Oxunma sayı: 2730

Türkiyəli gənc aktrisa Sıla Türkoğlunun həmkarı Alp Navruzla eşq yaşadığı idda olunur.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlük məkanların birində əylənən zaman görüntülənib.

Birlikdə rəqs edib əylənən ikili hətta sosial şəbəkədə də bir-birini izləməyə başlayıb.

Qeyd edək ki, Sıla “Kızılcık şerbeti”, Alp isə “Yürek çıkmazı” serialında rol alır.