Sıladan sonra Ahmet Kural da evlənir

siladan-sonra-ahmet-kural-da-evlenir
Oxunma sayı: 2080

Türkiyənin məşhur aktyoru Ahmet Kuralın toy tarixi məlum olub. “Qafqazinfo” xəbər verir ki, o, vəkil sevgilisi Çağla Gizem Çeliklə münasibətini rəsmiləşdirmək qərarına gəlib.

Komediya aktyoru gələn ay Çağla üçün elçiliyə gedəcək. Ahmet Türkiyə toy adət-ənənələrinə uyğun bir addım atacaq.

Toy mərasiminin isə yay aylarında baş tutacağı planlaşdırılıb.

Qeyd edək ki, aktyorun qalmaqallı şəkildə ayrıldığı keçmiş sevgilisi Sıla bu ayın əvvəlində aşpaz Hazer Amani ilə nikah bağlayıb.