Silah-sursat tapıb təhvil verdi

silah-sursat-tapib-tehvil-verdi
Oxunma sayı: 1041

Ordubad rayonunun Yuxarı Əylis kənd sakini tapdığı silah-sursatı təhvil verib.

Qafqazinfo”nun DİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, kənd sakini Adil Məmmədov tapdığı “AKS” markalı silahı, “F-1” qumbaranı, qumbara alışdırıcısını, 2 ədəd patron darağını, süngü bıçağı və 347 ədəd patronu könüllü olaraq RPŞ-yə təhvil verib.