Bakı Ağır Cinayətlər Məhkəməsində Nərimanov rayonunda yerləşən "Nənəmin təndiri" iaşə obyektinin yaxınlığında baş verən silahlı atışmaya görə təqsirləndirilən kriminal aləm üzvləri - Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə və İlham Ramazanovun məhkəməsi başlayıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə hazırlıq iclası keçirilib.
Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. X.Səlimxanovla T. Nağızadənin şəxsiyyət vəsiqəsi cinayət işi materialları arasında olmadığı üçün onların anket məlumatları dəqiqləşdirilə bilməyib.
Bu səbəbdən hazırlıq iclası tamamlanmayıb. Proses fevralın 15-də davam etdiriləcək.
Qeyd edək ki, 2017-ci il yanvarın 7-də iki kriminal qruplaşmanın 20-ə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər