Silahlı polis intiharla təhdid edir - İstanbulda həyəcanlı anlar

silahli-polis-intiharla-tehdid-edir
Oxunma sayı: 1947

İstanbulda Cərrahpaşa xəstəxanasında həkimlər girov götürülüb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, onları xəstəxanada psixoloji müalicə alan polis məmurunun girov götürdüyü bildirilir. Həmin şəxsin silahlı olduğu deyilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

***

Son məlumata görə, silahlı şəxs qapını kilidləyərək intihar edəcəyini deyir. 

***

Son məlumata görə, polis məmuru intihardan vaz keçirilib və o, təslim olub.