Silahlı qrupun 2 üzvü yaralanıb, 2 üzvü təslim olub - İrəvanda

silahli-qrupun-2-uzvu-yaralanib-2-uzvu-teslim-olub
Oxunma sayı: 944

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atışma davam edir.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfaks” agentliyinin əməkdaşına bildirib ki, gecədən indiyə qədər polkun binasında olan silahlı qrupun 2 üzvü polisə təslim olub.

İki silahlı isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hələ rəsmi açıqlama verilməsə də, böyük ehtimalla Ermənistanın güc strukturları zəbt edilən polis binasında əməliyyat aparır.