Silahlı Qüvvələr Qənirə Paşayevanı təltif etdi

silahli-quvveler-qenire-pasayevani-teltif-etdi
Oxunma sayı: 1666


Ermənistanla ön cəbhədə yerləşən hərbi hissədə millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, ön cəbhədə əsgər və hərbiçilərimiz üçün kitablarının imzalanma mərasiminin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu tədbirin kitablarının təqdimatı və imzalanma tədbirlərinin hamısından onun üçün daha böyük məna daşıdığını deyib. O,  əsgər  və  hərbiçilərə müəllifi olduğu kitablar barədə qısa məlumat verdikdən sonra onlarla toplumda kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikir mübadiləsi də aparılıb. Maraqlı keçən söhbət və görüşün sonunda  Qənirə Paşayeva müəllifi olduğum kitablar siz  dəyərli əsgər və hərbiçilərimizin xoşuna gələrsə, bundan məmnun qalaram deyib. Sonra əsgər və hərbiçilər üçün kitablarını imzalayaraq hədiyyə edən millət vəkili Qənirə Paşayeva həyatında hər zaman yadda qalacaq günlərdən birini yaşadığını deyib. Əsgər və hərbiçilər adından millət vəkili Qənirə Paşayeva təşəkkürünü bildirən hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov bu tədbiri əsgər və hərbiçilərin heç bir zaman unutmayacağını deyərək bayram  günlərində  belə bir tədbirin keçirilməsinin  və müəllifin  imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olduğunu deyib. Hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov  millət vəkili  Qənirə Paşayevanın Fəxri Fərmanla təltif olunduğunu vurğulayaraq Fəxri Fərmanı məhz bu tədbir çərçivəsində təqdim etmək istədiklərini bildirib. Fəxri Fərmanın millət vəkili Qənirə Paşayevanın hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində yüksək fəaliyyətinə, diqqət və qayğıkeşliyinə görə verildiyini deyən polkovnik Mais Barxudarov Fəxri  Fərmanı millət vəkili Qənirə Paşayevaya təqdim edib.  Fəxri Fərman üşün təşəkkürü bildirən millət vəkili Qənirə Paşayeva deyib:

“Ön cəbhədə Silahlı Qüvvələrimiz tərəfindən Fəxri Fərmana layiq görülmək həyatımda yaşadığım ən duyğulu anlarımdan biri oldu. Əslində Fəxri Fərmana layiq olacaq qədər çox iş gördüyümü düşünmürəm. Sağ olun diqqətinizə görə təşəkkür edirəm.Mən sadəcə bir millət vəkili, bir azərbaycanlı və bir vətəndaş olaraq üzərimə düşən vəzifələri bir az da olsa yerinə yetirməyə çalışıram. Çünki düşünürəm ki bizim hər birimiz hər zaman ordumuzun yanında olmalıyıq, əlimizdən gəldiyi qədər hər zaman ona dəstək olmalıyıq. Silahlı Qüvvələrimizə məni Fəxri Fərmanla təltif etdiklərinə görə böyük təşəkkür edirəm və hər zaman, ömrümün sonuna qədər əlimdən gəldiyi qədər ordumuzun, Silahlı Qüvvələrimizin yanında olacağam. Bu Fəxri Fərmanın üzərimə daha böyük bir məsuliyyət də qoyur. Bir daha təşəkkür edirəm və ön cəbhədə xidmət edən dəyərli əsgər və zabitlərimiz sizi, bütün hərbiçilərimizi Ali Baş Komandan başda olmaqla bayramlar münasibəti ilə təbrik edir və hamımızın ən böyük arzusu olan işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda gələn bayramları qeyd etməyi və belə imza mərasimlərini orada da keçirə bilməyi hamımıza, bütün millətimizə diləyirəm”.