Silahlı Qüvvələrin Hərbi Akademiyasında görüş - Foto

silahli-quvvelerin-herbi-akademiyasinda-gorus-
Oxunma sayı: 2721

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi ilə görüşdə hərbi təhsil sahəsində birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Nümayəndə heyəti hərbi təhsil ocağındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olduqdan sonra onlara akademiya barədə ətraflı brifinq təqdim edilib.