“Qafqazinfo” xəbər verir ki, məruzəçi II plenumdan ötən müddətdə Veteranlar Təşkilatı çoxsaylı tədbirlər, o cümlədən cəbhə bölgələrində və rayonlarda yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirdiyini bildirib.
Plenumda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nizamnaməsinə əlavə və dəyişikliklər edilib.
Sonra gündəlikdə duran bir sıra təşkilati məsələlərə baxılıb.
Qurumun rayon təşkilatlarının sədrləri plenumda çıxış edərək ötən müddətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.