Silahlı şəxs məktəbdə 20 nəfəri girov götürdü - - Yenilənib

silahli-sexs-mektebde-20-neferi-girov-goturdu-
Oxunma sayı: 2108


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayətkarın böyük ehtimalla şagirdlərdən birinin atası olduğu bildirilir. Moskva şəhərində yerləşən 263 nömrəli məktəbdə qeydə alınan insident zamaı silahlı şəxsin açdığı atəçdən bir polis əməkdaşı yaralanıb. 

İlkin məlumata görə, gənc adam tapança ilə məktəbin mühafizəçisinə hədə-qorxu gəldikdən sonra məktəbə daxil ola bilib. Hazırda silahlı şəxs girovların qarşılığında hər hansı tələb irəli sürməyib. 

***

Hazırda silhalı şəxsin girov götürdüyü şagirdlər azad ediliblər. Bir polis və müəllim ölüb. Cinayətkar zərərsizləşdirilib. Onun yuxarı sinif şagirdlərindən biri olduğu dəqiqləşib.