Bakıda silahlı şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, tutulan şəxslərdən narkotik vasitə aşkar olunaraq götürülüb. Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Qaçay Məmmədovdan 5,1 qram heroin və 1 ədəd bıçaq, əvvəllər məhkum olunmuş Rahib Qasımovdan isə 5,2 qram heroin, nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.
Son xəbərlər
Son Xəbərlər