Qәrbi Afrika ölkәsi Nigeriyada törәdilәn silahlı hücum nәticәsindә 29 nәfәr hәlak olub.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Kaduna Polis İdarәsinin rәsmisi Әhmәd Әbdürrәhman hadisәnin Moro vә Kaçia kәndlәrindә baş verdiyini qeyd edib.
Hücum nәticәsindә 29 nәfәr ölüb. Yaralıların sayı isə dəqiq bilinmir. Hadisә zamanı 40 ev də yandırılıb.
Silahlı şəxslərin hansı qruplaşmanın üzvü olduqları məlum deyil.
Qeyd edәk ki, Nigeriyanın Kaduna ştatında ötәn hәftә törәdilәn hücum nәticәsindә ən az 66 nәfәr ölmüşdü.
Son xəbərlər
Son Xəbərlər