İrəvanda bir neçə gündür ki, silahlı şəxslər tərəfindən ələ keçirilən polis bölməsinin qarşısına əlavə polis qüvvələri cəlb olunub.
“Qafqazinfo”nun İnterfax-a istinadən məlumatına görə, buna səbəb bina qarşısında etiraz edən şəxslərin qarışıqlıq yaratmasıdır. Belə ki, etirazçılar binanı tutan silahlı şəxslərin ərzaqla təmin edilməsini tələb edirlər.
Polisin həmin vətəndaşlara qarşı zor tətbiq etdiyi bildirilir.
Qeyd edək ki, polis şöbəsini ələ keçirənlər saxlanılmış Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər.
Son xəbərlər
Son Xəbərlər