Son günlər səhnə libasları ilə gündəmdən düşməyən türkiyəli müğənni Gülben Ergen bu dəfə sosial şəbəkə izləyicisinin şərhinə cavab verməsi ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, instaqram izləyicilərindən biri müğənninin sinə dekolteli fotosuna “Silikonlarını yeniləmisən” şərhini yazıb. Ergenin cavabı isə özünü çox gözlətməyib.
“Həyatımda heç vaxt silikonum olmayıb”, - deyə müğənni izləyicisinə cavab verib.
Daha sonra verdiyi cavabı instaqram hekayəsində paylaşan Ergen bunları əlavə edib: “Elə özündən razı şərhlər yazırlar ki... Sanki silikon taxtırmağa bərabər getmişdik”.







Son xəbərlər
Son Xəbərlər