Silsilə oğurluq edən şəxslər saxlanılıb

silsile-ogurluq-eden-sexsler-saxlanilib
Oxunma sayı: 1331

Göygöl rayonunda fərdi yaşayış evindən və avtomobillərdən oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, RPŞ əməkdaşları tərəfindən fərdi yaşayış evlərindən birinə qeyri-qanuni yolla daxil olaraq oradan bir ədəd televizoru oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Mehran Hüseynov saxlanılıb. 

M. Hüseynovun digər oğurluq cinayətləri törətməsi də aşkar edilib. Belə ki, o, tanışı, Gəncə şəhər sakini Elmir İsmayılovla birlikdə Göygöl rayonuna gələrək avtomobillərdən musiqi avadanlıqları oğurlayıb, daha sonra oğurladıqları əşyaları satıblar.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.