Silva rəsmən vidalaşdı

silva-resmen-vidalasdi
Oxunma sayı: 1062

“Neftçi”nin futbolçusu Kaue da Silva rəhbərliyə müraciət edərək, ona başqa klubdan təklif gəldiyini bildirmişdi.

“Qafqazinfo” xəbər verir ki, rəhbərlik isə öz növbəsində yarımmüdafiəçinin digər kluba keçməsi ilə bağlı müraciətini müsbət cavablayıb.

Nəticədə braziliyalı futbolçu ilə müqaviləyə səmərəli şərtlərlə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu gün isə Kaue klub rəhbərliyi və komanda üzvləri ilə görüşüb. Futbolçuya “Neftçi”də oynadığı müddətdə komandaya göstərdiyi xidmətinə görə təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.