“Silvester Stallonenin bağına getmişdim” - Nazpəri

“Silvester Stallonenin bağına getmişdim”
Oxunma sayı: 3425

“Demək olar ki, 27 ölkə gəzmişəm. Amerikadan tutmuş Yaponiyaya kimi... Hətta Silvester Stallonenin bağına belə getmişəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “5-də 5” proqramına qonaq olarkən deyib. Sənətçi dünyanın əksər ölkələrində olduğunu, hətta Hollivud ulduzu Silvester Stallonenin bağına gəzintiyə getdiyini qeyd edib:

“Onun bağına, gəzintiyə getmişdim. Los-Ancelesdə dağın üstündə ancaq müğənnilərin və aktyorların bağı yerləşir. Orada şlaqbaun var, icazəsiz heç kim həmin dağa qalxa bilməz. Onların sənət adamlarında çox böyük birlik var.

Yəni tarixi abidələri gəzmişəm. İtaliyada xalça muzeyində olmuşam. Ora qaranlıq olmalıdır, işıq düşməməlidir. Bunların hamısını görmüşəm, bir müddət sonra demişəm ki, sənə qurban olum, Azərbaycan”.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi