“Qafqazinfo”nun məlumatına görə, sənətçilər Humay Qədimova, Sevinc Musayeva, Aysel Əlizadə, Cəvahir Abdulova, Gülay Zeynalova çəkiliş üçün ağ gəlinlik geyinən müğənni Sima Qasımovanın yanında olublar və əyləncəli saatlar keçiriblər. Qasımova sağ əlini subay həmkarlarının başına qoyaraq onlara tezliklə ailə həyatı qurmağı arzulayıb. Simanın arzularına həmkarı Gülay Zeynalova da qoşulub.