SİMA-nın növbəti tərəfdaşı “Qala Sığorta” oldu

sima-nin-novbeti-terefdasi-qala-sigorta-oldu
Oxunma sayı: 1085

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. “Qala Sığorta” şirkəti SİMA-nın növbəti tərəfdaşı oldu.

Bundan sonra “Qala Sığorta” müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq şirkətin veb-saytında təqdim olunan şəxsi kabinetə SİMA vasitəsilə daxil ola biləcəklər.

Tərəfdaşların növbəti hədəfi istifadəçilərə sığorta məhsullarını daha rahat əldə etmək imkanı yaratmaqdır. Belə ki, istehlakçılar “Qala Sığorta”nın elektron qaydada təqdim etdiyi bir çox könüllü sığorta məhsullarından SİMA vasitəsilə faydalana biləcəklər.

Yeni nəsil rəqəmsal imzadan istifadə edərək digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank, BOKT, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və 157 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.