“Şimal axını 2” boru kəmərində qaz sızması dayandırıldı

“Şimal axını 2” boru kəmərində qaz sızması dayandırıldı
Oxunma sayı: 3078

Rusiyanın “Şimal axını 2” boru kəmərində qaz sızması dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Danimarka Enerji Agentliyinin Tviter səhifəsində yazılıb. 

Açıqlamada deyilir: 

““Şimal axını 2” boru kəmərini işlədən şirkətə Rusiyadan Almaniyaya qədər uzanan boru kəmərində təzyiqin balanslaşdırılmış olduğu bildirilib. Bu, kəmərdə sızmanın dayandığını göstərir”.

Xatırladaq ki, Danimarka və İsveç sahillərində Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində üç sızma olduğu bildirilib və gəmilərin əraziyə yaxınlaşmaması ilə bağlı xəbərdarlıq edilib.

Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədyönlü hərəkətin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib.

Aİ həmçinin bəyan edib ki, “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində qaz sızması təsadüfi deyil, düşünülmüş hərəkətin nəticəsidir.

Avqustun 31-də “Şimal axını 1” boru kəməri ilə təbii qazın nəqli lazımi təmir işləri aparıla bilmədiyi üçün dayandırılıb.