Şimal bölgəsində qarın hündürlüyü 10 sm-ə çatdı - Fotolar

simal-bolgesinde-qarin-hundurluyu-10-sm-e-catdi
Oxunma sayı: 3352

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

"Qafqazinfo"nun məlumatına görə, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb. Ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 10 sm-ə çatıb. Qrız kəndində 5 sm, Təngəaltında 3 sm, Qubanın mərkəzində isə 1 sm qar müşahidə olunub. Qusarın Yasab kəndinə isə 1 sm qar düşüb. 

Qubanın Qrız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək enib.

Emin Gülağaoğlu