Şimal qütbündə rekord istilik qeydə alındı

simal-qutbunde-rekord-istilik-qeyde-alindi
Oxunma sayı: 2623

Şimal qütb dairəsində yerləşən Rusiyanın Yakutiya vilayətinin Verxoyansk şəhərində rekord istilik qeydə alınıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, ötən həftəsonu Verxoyansk şəhərində 38 dərəcə isti qeydə alınıb. Bu, indiyə qədər şimal qütb dairəsində qeydə alınan ən yüksək tempratur göstəricisi olub.

Mütəxəssislər Arktikada əvvəllər belə bir temperaturun qeydə alınmadığını, yalnız 1915-ci ildə Alyaskanın Fort Yukon qəsəbəsində 37,8 dərəcəyə yaxın bir temperaturun ölçüldüyünü bildirib.

Bundan əlavə ABŞ-ın Kanada ilə sərhədində yerləşən və soyuq iqlimi ilə seçilən Karibu şəhərində də rekord istilik qeydə alınıb. Belə ki, bu şəhərdə havanın temperaturu ilk dəfə 35,5 dərəcəyə çatıb.