Simalarını tez-tez gördüyümüz tanımadığımız tanışlar - Fotolar

Simalarını tez-tez gördüyümüz tanımadığımız tanışlar
Oxunma sayı: 1592

Hər gün televiziya ekranlarında müxtəlif məhsul və xidmətləri reklam edən, adi insan sandığımız, eyni simaları görürük. Bəzən isə onları müğənni və aktyorlardan daha tez yadda saxlayırıq. Əslində isə çəkilişlərdə peşəkar qrim arxasında gizlənən artistlər iştirak edir...

“Qafqazinfo” Rusiya mətbuatına istinadən sizə məşhur reklam çarxlarında rol alan aktyorların real həyatda necə göründüklərini təqdim edir:

“Skittles”

Konfet reklamında qeyri-adi xəstəliyə yoluxan bu qəribə qızın adı Hizer Kouldur. O, Kaliforniyada anadan olub və artıq bir neçə serial və filmdə epizodik rolda çəkilməyi çatdırıb. Hizerə məşhurluq gətirən isə sözügedən reklam çarxı olub.

“Cillit Bang”

Təmizləyici vasitənin tanıtım çarxında “qəhrəmanlıq” edən oğlan 35 yaşlı amerikalı Daniel Klaud Kamposdur. O təkcə reklam siması yox, həm də Madonna, “Cirque du Soleil” qrupu üçün rəqs quran peşəkar xoreoqrafdır. Daniel, həmçinin, Şakiranın klipində çəkilib.  

“Old Spice”

Dezodorant reklamında çəkilən aktyor Ayzaya Mustafadır. Keçmiş Amerikan futbolu oyunçusu sözügedən tanıtım çarxında rol aldıqdan sonra məşhurlaşıb və filmlərdə çəkilməyə dəvət alıb. Məsələn, bu yaxınlarda o, “O-2” filmində Maykl Henlon obrazını canlandırıb.

“Paco Rabanne”

İspan modelyerin adını daşıyan məşhur ətrin siması 36 yaşlı avstraliyalı reqbi oyunçusu Nik Yanqkvestdir. Bu gün o, peşəkar idmanla məşğul olmur və bütün gücünü model karyerasına və xeyriyyə layihələrinə sərf edir.

“Nutella”

Enn Skoubi şokolad yağının reklam çarxında qayğıkeş və gülərüz ana obrazını canlandırıb. Bəzi tamaşaçılara isə o, “Maks Peyn – 2”, “Kiberin qisası” və digər filmlərdən tanışdır.  

“Nivea”

Təraşdan sonra balzam reklam çarxında çəkilən oğlan isə rusiyalı aktyor və model Oleq Nazarovdur. Bir çoxları onu “Zamuj za Buzovu” şousundan tanıyır.

“Maybelline”

Məşhur kosmetik vasitələrin tanıtım çarxında 28 yaşlı amerikalı model Emili Di Donato çəkilib. Televiziya çarxlarında çəkilənə qədər isə o, Ralf Loren və Corco Armani ilə işləməyi çatdırıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi