Şimali İraqda məmurların aksiyaları davam edir

simali-iraqda-memurlarin-aksiyalari-davam-edir
Oxunma sayı: 1143

İraq kürd muxtariyyətində məmurların aksiyası 5 gündür davam edir.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, məmurlar muxtar hökumət rəhbərliyinin məcburi qənaət rejiminə keçməsinə etiraz edirlər.

Çıxılmaz vəziyyətdə qalan rəhbərlik məmurları sakitləşdirmək üçün qənaət miqdarını azaltmaq barədə söz verib. Bundan sonra Dahuk və Ərbildə aksiyalar dayandırılıb.

Hazırda aksiyalar Süleymaniyyə, Hələbçə, Kalar və Veraniyə şəhərlərində davam edir.