Şimali İrlandiya azarkeşlərindən örnək addım - Fotolar

simali-irlandiya-azarkeslerinden-ornek-addim
Oxunma sayı: 870

Şimali İrlandiya millisi bu gün Bakıda millimizin qonağı olacaq.

“Qafqazinfo” xəbər verir ki, Britaniya təmsilçisini DÇ-2018-in seçmə mərhələsinin oyununda 200-dən artıq azarkeş dəstəkləyəcək.
 
Artıq şimali irlandiyalı azarkeşlər paytaxtımıza təşrif buyurublar. Onlar dünən fiziki qüsurlu uşaq evində olublar və azyaşlı uşaqları forma və digər hədiyyələrlə sevindiriblər.
 
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.