Şimali İrlandiya ilə oyunun yeri müəyyənləşdi

simali-irlandiya-ile-oyunun-yeri-mueyyenlesdi
Oxunma sayı: 1047

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun stadionu müəyyənləşib.

Qafqazinfo” xəbər verir ki, saat 20:00-da başlayacaq qarşılaşma "Bakcell Arena"da keçiriləcək.

Qeyd edək ki, millimiz qrupda keçirdiyi 4 oyunda 7 xal toplayıb və turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.