Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra Şimali İrlandiyadan yeni təklif gəlib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibindən çıxması üçün referendum keçirilməsi təklif edilib. Ölkənin ən böyük millətçi partiyası “Şinn Feyn”in sədri Deklan Kirni “Böyük Britaniyanın Avropa İttifaqından çıxması bizim İrlandiya ilə birləşməyimizlə bağlı referendum keçirilməsi üçün əsas olacaq”,-deyib.
Siyasətçi qeyd edib ki, referendumun nəticələri Britaniya hökumətini Şimali İrlandiyanın maraqlarını təmsil etmək hüququndan məhrum edir. Onun sözlərinə görə, Şimali İrlandiya vətəndaşları Britaniyanın Aİ-nin tərkibində qalmasının tərəfdarı idi.
Qeyd edək ki, Şimali İrlandiya Böyük Britaniya krallığına daxil ölkələrdən biridir.
Son xəbərlər
Son Xəbərlər