Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb.
"Qafqazinfo"nun məlumatına görə, bu barədə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu özünün "Facebook" səhifəsində xəbər verib:
"Girne şəhəri, Alsancaq qəsəbə polis şöbəsi ilə əlaqə saxladıq. Azərbaycan vətəndaşı Sabit Qazıyevin Kofalı yaşayış massivində tək yaşadığı həyət evində gecə saat 3:00 radələrində cəsədi aşkarlanıb. Mərhumun cəsədi Lefkoşa Dr. Burhan Nalbandoğlu xəstəxanasına tibbi ekspertizaya aparılıb. Ölüm səbəbi səhər dəqiqləşəcək. Cəsəd üzərində hər hansı təzyiq aşkarlanmayıb. Polis hazırda xüsusi tədqiqat aparır".
Son xəbərlər
Son Xəbərlər