Şimali Kiprdə də 7 günlük matəm elan edildi

simali-kiprde-de-7-gunluk-matem-elan-edildi
Oxunma sayı: 2374

“Allah millətimizə qüvvət versin. Allahdan həyatını itirən qardaşlarımıza rəhmət, yaralananlara şəfa diləyirəm”.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar tviter hesabında paylaşım edib.

O bildirib ki, Türkiyədə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı Şimali Kiprdə 7 günlük matəm elan edilib.

Qeyd edək ki, Türkiyədə 7 günlük milli matəm elan edilib. Bu səbəbdən 12 fevral axşamına qədər Türkiyədə bayraqlar yarıya endiriləcək.