Şimali Kiprin yeni prezidenti məlum oldu

Şimali Kiprin yeni prezidenti məlum oldu
Oxunma sayı: 3106

Şimali Kipr Türk Respublikasında prezident seçkilərinin ikinci turunun qeyri-rəsmi nəticələri açıqlanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Milli Birlik Partiyasının namizədi Ersin Tatar 51,74% səslə prezident seçilib. Onun rəqibi Mustafa Akıncı isə səslərin 48,26%-ni toplayıb.

Seçkilərin rəsmi nəticələri bu gecə açıqlanacaq.

Xatırladaq ki, seçkilərin birinci turunda da Ersin Tatar 32,34% səslə qalib olmuşdu.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi