Şimali Koreya rəhbərliyi ballistik raket proqramına görə BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalar tətbiq etmə qərarını pisləyib.
“Qafqainfo” TRT-yə istinadən xəbər verir ki, ölkə rəhbəri Kim Çen In sanksiyalara qarşı “doğru” cavabı verəcəklərini açıqlayıb.
O, ABŞ-ın Ş.Koreyaya düşmən rəftarını davam etdirəcəyi təqdirdə nüvə proqramını müzakirə etməyəcəyini bir daha vurğulayıb:
“Şimali Koreya nüvə gücünü artırma yolunda geri addım atmayacaq. ABŞ-ın özünü əmin-amanlıq içində hiss etməsi qədər ciddi səhv ola bilməz.
Bu arada ABŞ prezidenti Donald Tramp ilə Cənubi Koreya lideri Mun Çje İn arasında telefon danışığı baş tutub. Tramp Ş.Koreyanı “getdikcə böyüyən bir təhdid” olaraq xarakterizə edərkən, liderlər Pxenyana təzyiqin və sanksiyaların artırılması barədə razılaşıblar.
Son xəbərlər
Son Xəbərlər