Şimali Koreya Cənubi Koreya ilə sərhədə səsucaldanları qaytarır

simali-koreya-cenubi-koreya-ile-serhede-sesucaldanlari-qaytarir
Oxunma sayı: 2746

Şimali Koreya təbliğat üçün istifadə olunan səsucaldanları yenidən Cənubi Koreya ilə sərhəd xəttinə quraşdırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Rönxap” İnformasiya Agentliyi məlumat yayıb. Bildirilib ki, Cənubi Koreya hərbçiləri ön cəbhədə yerləşən Şimali Koreya qoşunlarının yerləşdiyi ərazilərdə fəallıq müşahidə ediblər. Buna görə də demilitarizasiya zonası boyu bir neçə nöqtəyə səsucaldanlar yerləşdirilib.

Agentliyin məlumatına görə, səsucaldanların quraşdırılması təsdiqləndiyi təqdirdə, Cənubi Koreya yayım üçün öz avadanlıqlarını bərpa edəcəyini açıqlayıb.

Xatırladaq ki, 2018-ci ilin mayında iki ölkənin sərhədində təbliğat məqsədilə istifadə edilən səsucaldanların toplanmasına dair razılaşma əldə olunmuşdu.